Ukraynalı qadınlar Almaniyadan deportasiya edilməlidir..?

...Dövlət Dumasının Əmək Komitəsinin rəhbəri Yaroslav Nilov Almaniya müxalifət qüvvələrinin Ukraynadan olan qaçqınlardan xilas olmaq istəyini şərh edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, guya Rusiyalı deputatın sözlərinə görə, hər şey təbiidir.

Nilovun dediyinə görə, belə bir təşəbbüs onu təəccübləndirmir və gözlənilməz deyil.

Xatırladaq ki, ötən ilin dekabrında alman müxalifəti Ukraynadan Almaniyaya yeni gələn qaçqınlar üçün işsizlik müavinətinin ləğvini təklif etmişdi.

Yanvarın 18-də isə Almaniya üçün Alternativ fraksiyasının lideri Ebner-Ştayner bütün ukraynalı qaçqınların ölkədən çıxarılmasını tələb edib.

RTVI-nın jurnalisti ilə danışan Nilov Almaniya sakinlərinin məcburi miqrantlarla bağlı vəziyyətdən ümumi yorğunluğunu qeyd edib.

Axı onlar üçün sosial ödənişlərin yükü ölkə vətəndaşlarının çiyninə düşür.

Maraqlıdır ki, Nilov buna daha bir ciddi arqument əlavə edib. Beləliklə onun dediyinə görə, guya o Münhendə yaşayan rus qadınla əlaqə saxlayıb.

Qadın da ona deyib ki, ukraynalı qadınlar Almaniyada möhkəmlənmək üçün hər şeyə gedirlər.

Belə ki, onları əvvəllər həvəslə evlərinə qəbul edən, dayə və xadimə kimi işlə təmin edən almanlar indi həyəcan təbili çalırlar.

Ukraynadan gələn miqrantlar başqalarının münasibətlərinə müdaxilə etməkdən çəkinmirlər.

Və onlar artıq özlərini “ailəni məhv edənlər”, yəni evin “kişisini” ev sahibəsinin əlindən alan biri kimi təsdiq ediblər. Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə