...Avropa qaz bazarını itirən və yüz milyardlarla rubl itki ilə üzləşən "Qazprom" mərkəzi ofis işçilərini kütləvi şəkildə ixtisar etməyə hazırlaşır.
SİA-nın məlumatına görə, Sankt-Peterburq portalının 47news xəbərinə görə, şirkət baş ofisində 1600 işçini ixtisar etmək imkanını nəzərdən keçirir.
“Qazprom”un baş direktoru Aleksey Millerə müvafiq məktubu İdarə Heyəti sədrinin müavini Yelena İlyuxina göndərib.
Sənəddə o, “Qazprom Qrupunun üzləşdiyi problemlərə” və “idarəetmə və istehsal proseslərinin bütün səviyyələrində xərclərin optimallaşdırılması zərurətinə” işarə edir.
İlyuxinanın yazdığı kimi, “Qazprom” hazırda təkcə mərkəzi ofis işçilərinin maaşlarına hər il 50 milyard rubl xərcləyir. İlyuxinanın hesablamalarına görə, onların sayı 4,1 min nəfərdən 2,5 min nəfərə endirilə bilər.
“Qazprom”un İdarə Heyətinin sədr müavini və İnformasiya Siyasəti Departamentinin rəhbəri Sergey Kupriyanov “Forbes”ə məktubun həqiqiliyini təsdiqləyib.
Sənədə əsasən, “Qazprom” bir ay ərzində, fevralın 15-dək vəzifədən azad edilmək üçün namizədləri seçməyi planlaşdırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə