...İsveç ordusunun baş komandanı Conni Lindfors “kollektiv Qərbə qarşı müharibə aparan” Rusiya ilə toqquşmaya hazırlaşmağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İsveçin “Nya Dagbladet” nəşri yazıb.
Nəşr yazır ki, Britaniya ordusunun baş komandanı Roland Uoker isveçli həmkarı Conni Lindforsu ziyarət edib.
Onlar Ukrayna böhranını müzakirə ediblər.
Uolker deyib ki, NATO yaxın illərdə Rusiya ilə müharibəyə hazırlaşmalıdır.
...Tarix dönə-dönə öyrədir ki, hətta Rusiyanın tamamilə məğlub olduğu görünsə də, ruslar hər dəfə geri qayıdırlar. Ona görə də biz Ukraynanı dəstəkləmək üçün onların hədəfinə çevrilməyə hazır olmalıyıq.
Lindfors bu fikirlə razılaşıb. Onun fikrincə, Rusiya “maraqlar sferası” yaratmağa çalışır və qonşu dövlətləri öz iradəsinə tabe etmək istəyir.
...Onlar təkcə Ukraynada xüsusi əməliyyat keçirmirlər, həm də kollektiv Qərbə qarşı müharibə aparırlar.
Bunu İsveç komandiri bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Qərb siyasətçiləri Rusiyanı qırmızı xəttə gətirir, eyni zamanda öz əhalisini “Rusiya təhlükəsi” ilə qorxudurlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə