Lazareva Rusiyaya qayıdacağını istisna etmir..?

İspaniyada yaşayan teleaparıcı Tatyana Lazareva Rusiyaya qayıtmaq istədiyini etiraf edib. O, bunu həmkarı Fəridə Kurbanqaleyevaya danışıb.

...Əlbəttə ki, ora qayıdacağımı istisna etmirəm, təbii ki, qayıdacağam, bunu istəyirəm və arzulayıram.

Bunu Lazareva deyib.

Teleaparıcının sözlərinə görə, o, xaricdə yaşamaqda və assimilyasiyada çətinlik çəkir.

...Eyni zamanda əlavə edib ki, o, vətənə qayıda bilməyəcəyi ehtimalını da qəbul edir. Bu barədə danışan Lazareva xatırladıb ki, Rusiyada ona qarşı terrora haqq qazandırdığı üçün cinayət işi açılıb.

Daha əvvəl məlum olmuşdu ki, Lazareva terrora haqq qazandırdığı iddiasında onu 7 ilə qədər həbs cəzası gözləyir. Yaxın vaxtlarda onun barəsində 2-ci Qərb Dairə Hərbi Məhkəməsində qiyabi məhkəmə prosesi başlayacaq. Teleaparıcı beynəlxalq axtarışa da verilib.

...Və SİA xatırladır ki, Tatyana Lazareva...elə Fəridə Kurbanqaleyevaya da Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınaraq, terrorçuların və ekstremistlərin Rosfinmonitorinq reyestrinə daxil ediliblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə