Tramp Ukraynaya yardımı dayandırmaq üçün yeni ittifaq yaradacaq?

...Ukrayna ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rəhbərlik etdiyi yeni ittifaqın təsiri altında Qərbdən yardım almağı dayandıra bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Independent xəbər verir.

Onlar qeyd ediblər ki, söhbət Tramp, Macarıstanın baş naziri Viktor Orban və Papa Fransisk arasında ittifaqdan gedir. Mətndə deyilir ki, ...bu təəccüblü üçlük Ukraynaya gələcək dəstək ümidlərinə son qoya bilər.

The Independent izah edib ki, son illərdə Macarıstan demək olar ki, “Ukraynadakı münaqişənin dərhal dayandırılması üçün mübarizəni təkbaşına aparıb” və onun nöqteyi-nəzərini bölüşən yeganə şəxs Papa Fransisk olub.

Trampın seçkilərdə qələbəsi ilə onlar münaqişəni sona çatdırmaq niyyətini dəfələrlə bəyan edən yeni müttəfiqi əlavə ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə