"Oktyabrın 26-da gündəm Gürcüstanın varlığı-yoxluğudur" - Bidzina İvanişvili
"2012-ci il oktyabrın 1-dən bu günə qədər Gürcüstan hökuməti və “Gürcü arzusu” Becvi körpüsü ilə getməlidir. Daim inqilablar təşkil etməyə və ölkəni pozmağa çalışan xarici və yerli bədxahların, radikalların rejimi ilə gedilməməlidir. Ölkədə davamlı əmin-amanlığı qorumaq lazımdır". SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu fikirləri “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili deyib.
İvanişvili seçkiqabağı kampaniyanın yekununda çıxışı zamanı deyib: "Bu çətin yolun sonunda, demək olar ki, ölkədə dinclik hökm sürdüyü bir vaxtda əsas döyüş xətti seçkilərdir, çünki Gürcüstanın olub-olmaması məsələsi həll olunur".
“Bu gün bu çətin yolun sonunda, demək olar ki, ölkəni sülhə gətirdiyimiz bir vaxtda əsas döyüş xətti 26 oktyabr seçkiləridir. Daha sadə desək, oktyabrın 26-da gündəm siyasi simpatiya-antipatiya deyil, Gürcüstanın varlığı-yoxluğudur. Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində “Gürcü arzusu” qalib gəlsə, bu seçkilərdə təkcə mənim yox, bütün Gürcüstanın, o cümlədən rəqiblərimiz də əmindirlər ki, biz nəinki sülhü qoruyub, ölkəni xilas edəcəyik, həm də qalib gələcəyik, çünki qarşıda bizi inkişaf və yenidənqurma və Avropa İttifaqına inteqrasiya illəri gözləyir”, - İvanişvili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB