Səudiyyə Ərəbistanında bir gündə 5-i narkotik alverçisi olmaqla ümumilikdə 7 nəfər edam edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə mediası edam edilənlərdən 5-nin narkotik alverinə, 2-nin qətlə görə edam edildiyini, 4 nəfərin isə Yəmən vətəndaşı olduğunu bildirib.
Bu il Səudiyyə Ərəbistanında ümumilikdə 236 nəfər edam edilib ki, onlardan 71-i narkotik alverinə görə olub. Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, Səudiyyə Ərəbistanı Çin və İrandan sonra 2023-cü ildə dünyada ən çox məhbusu edam edən üçüncü ölkə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB