Rusiya radiosunda müharibə ilə bağlı həqiqət eşidilib...

Aparıcı qorxusundan kəkələməyə başlayıb
Rusiya radiosunda müharibə ilə bağlı həqiqət eşidilib...

...Bu arada Rusiyanın “Komsomolskaya Pravda” təbliğat radiosu gözlənilmədən Ukraynaya qarşı müharibə haqqında həqiqəti yayımlayıb.

Təbii ki, aparıcı təbliğatçılar Mixail Timoşenko və Viktor Baranets yaman qorxublar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə (Dialog.UA https://www.dialog.ua/russia/300752_1725088420) məlumat yayıb.

Deməli, məsələ necə olub..?

Belə ki, veiliş zamanı yerli rus “mujik”lərindən biri studiyaya zəng edib. O, rus təbliğatçılarına Rusiya Federasiyasının vətəndaşlarının niyə əksər hallarda “xüsusi hərbi əməliyyat” və onunla əlaqəli hər şeyə məhəl qoymadıqlarını “xırdalayıb”.

...İndi sizi dinləyirdim. Dediniz ki, əhalinin yarısı “xüsusi hərbi əməliyyatı” qəbul etmir, sizcə niyə? Cavabım belədir... Əhalinin 60, bəlkə də 80 faizi bunu dərk etmir, çünki Ukraynaya biz hücum etmişik, onlar bizə yox...

Deyim ki, bunu dinləyiçi kimi studiyaya zəng edən rusiyalı “mujik” bildirib.

...Və bunu deməklə, o, təbii ki, aparıcılar Mixail Timoşenko və Viktor Baranetsin “kürklərinə birə salmış” olub.

Sonradan təbliğatçıların etirafına görə, bu sözlər onların arasında isteriya yaradıb.

Və studiyaya zəng edən rusiyalı “mujik” dərhal efirdən atılıb. Deyilənlərə görə, təbliğatçı Baranets elə qorxub ki, efirdə kəkələməyə başlayıb.

Müharibə haqqında həqiqəti deyən rusun ünvanına isə təhqirlər yağdırılıb.

...Bu başqa bir axmaqlıqdır! Onlar bunu dərk etmirlər, çünki bu, onlara heç bir şəkildə təsir etməyib. Əqli geriliyi olan insanların gəldiyi nəticələrdən biri də budur... Bu, bazar nöqteyi-nəzərindəndir!.

Bunu isə kəkələməyən aparıcı – Timoşenko qışqıraraq bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə