Qırğızıstan və Tacikistan daha 10,76 km sərhəd xəttini razılaşdırıb

Qırğızıstan və Tacikistan daha 10,76 km sərhəd xəttini razılaşdırıb.

SİA xəbər verir ki, bu barədə razılıq iki ölkənin Milli Təhlükəsizlik komitələrinin sədrləri Kamçıbek Taşiyev və Saymumin Yatimovun rəhbərli etdikləri nümayəndə heyətlərinin Tacikistanda keçirilən görüşündə əldə olunub.

İki ölkə arasındakı sərhədin uzunluğu 972 km-dir. Keçən ilin avqust ayına olan məlumata görə, sərhədin təxminən 290 km-i razılaşdırılmamışdı. Ötən dövr ərzində isə 200 km-dən çox sərhəd xətti razılaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə