Kiyevin Fransa ordusuna ehtiyacı yoxdur...

Kiyevin Fransa ordusuna ehtiyacı yoxdur...

Vladimir Zelenski iddiasına görə, Ukraynanın Fransa ordusuna-filana ehtiyacı yoxdur, çünki bu günə qədər ölkə bir yerdədir.

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski bu barədə BFMTV-yə müsahibəsində bildirib.

...Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu Fransa ərazisində qala bilər.

Zelenski hesab edir ki, Rusiya başqa bir NATO ölkəsinə hücum etsə, vəziyyət tamamilə fərqli olacaq.

Yəni sizin övladlarınız daha Ukraynada ölməyəcək...

Xatırladaq ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı istisna oluna bilməz.

O, daha sonra ifadəsində düzəliş edib və deyib ki, bir şeyi istisna etməmək onu etməklə eyni deyil.

...Və NATO-nun baş katibi Yens Stoltenberq bu müzakirələr fonunda Makrona bu cür məsələlərdə müttəfiqlərlə məsləhətləşməyi tövsiyə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə