Rusiya tərəfində döyüşən çinli rus ordusundakı şəraitdən şikayətlənərək, müalicə üçün Çinə qayıtmağa uğursuz cəhd etdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bild xəbər verir. “X” sosial şəbəkəsində Ukraynada Rusiya tərəfində döyüşən çinli muzdlu əsgərin soyuqdəymə olduğunu, boğazının şişdiyini və irinləndiyini bildirən video yayılıb.
…Burada heç bir tibbi xidmət yoxdur. Heç kimin vecinə deyil. Ağrı məni öldürür.
Hə, bunu çinli muzdlu döyüşçü deyib.
Onun sözlərinə görə, həkim müayinədən sonra onu düzgün müalicə etməyib.
…Çinin Rusiyadakı səfirliyi ilə əlaqə saxladım. Dedilər ki, bu mənim şəxsi problemimdir. Mən burada müqaviləmi bitirməli və sağalmaq üçün Çinə qayıtmalıyam.
Qeyd edək ki, Videoda çinli mesaj göndərmək üçün mobil əlaqə axtararaq 40 dəqiqə piyada getdiyini deyir və Çin Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaq üçün kömək istəyir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB