Maduro Qərb imperiyaları dövrünün başa çatdığını deyir

Maduro Qərb imperiyaları dövrünün başa çatdığını deyir

Venesuela prezidenti Nikolas Maduro, Qərb imperiyalarının dövrünün keçdiyini bildirib. Onun fikrincə, ABŞ tənəzzüldədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Le Monde diplomatique” qəzeti yazır.

Siyasətçi yeni dövrün gəldiyini bəyan edib.

...Qərb imperiyalarının dövrü mütləq başa çatır. Qərb imperiyalarının sonuncusu, Amerika imperiyası struktur və müəyyən tarixi tənəzzül prosesindədir.

Qeyd etdiyimiz kimi, Maduro bildirib bunu.

Xatırladaq ki, aprel ayında Maduro Dövlət Departamentinin nümayəndəsini sanksiyaları sərtləşdirməklə hədələdiyi üçün... cəhənnəmə göndərmişdi.

Mart ayında isə o, dünya liderlərinə qısa xarakteristikalar verdi.

Maduro Amerika rəhbəri Cozef Baydeni prezident və ABŞ-ın keçmiş prezidenti Donald Trampı keçmiş adlandırıb. Putin, onun fikrincə, “böyük döyüşçü”dür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə