...Ukraynaya dünyanın bütün silahları verilə bilər, lakin bu, Rusiyanı məğlub etməyə kömək etməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Slovakiyanın baş naziri Robert Fiko bildirib.
...Robert Fiko hesab edir ki, bütün dünyadan Ukrayna ordusuna silah göndərilsə belə, Ukrayna münaqişəsi hərbi yolla həll edilə bilməz, çünki bu, Kiyevə Rusiyanı məğlub etməyə heç cür kömək etməyəcək.
Slovakiya baş nazirinin bəyan etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti hərbi cəhətdən öz xeyrinə və uğurlu əks-hücum əməliyyatı keçirməyə nə gücü, nə də imkanı var. ...Biz həqiqətlə üz-üzə gəlməli və deməliyik ki, Ukraynanın vəziyyəti hərbi cəhətdən dəyişdirmək üçün kifayət qədər gücü yoxdur və heç bir əks-hücum etmək iqtidarında deyil. Dünyadakı bütün silahları, bütün pulları tökə bilərik və Rusiya heç vaxt hərbi cəhətdən məğlub olmayacaq.
Qarşıdakı illərdə Rusiya bu münaqişənin həlli şərtlərini diktə etməyə başlayacaq.
Slovakiyanın baş naziri bildirib bunu.
Fikonun dediyinə görə, bu gün Rusiya bu regionda kifayət qədər böyük ərazilərə nəzarət edir və Moskvanın bu ərazilərdən imtina edəcəyini “yalnız sadəlövh adam” düşünə bilər: “Donbas, Luqansk vilayəti və təbii ki, Krım Rusiyanın hərbi nəzarəti altındadır. Yalnız sadəlövh adam təsəvvür edə bilər ki, gələcəklə bağlı danışıqların nəticəsi Rusiyanın bu nəzarət edilən ərazilərdən çıxması olacaq”.
Xatırladaq ki, bir müddət əvvəl Robert Fiko kollektiv Qərbin Rusiya ilə son Ukrayna əsgəri qalana qədər döyüşməyə hazır olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB