Türkiyədə çayların su səviyyəsi azalmağa doğru davam edir

Türkiyədə çayların su səviyyəsi azalmağa doğru davam edir

Türkiyədə Ədirnədən keçən Meriç və Tunca çaylarında quraqlıq səbəbindən su səviyyəsində azalma müşahidə olunur. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəhər ilin ilk aylarında quraq idi, yaz və yay aylarında kifayət qədər yağıntı almırdı. Həddindən artıq istilərin və kənd təsərrüfatının suvarılmasının təsiri ilə çayların axım sürəti aşağı səviyyəyə enib. Sentyabr və oktyabr aylarında temperaturun mövsümi normadan yüksək olması və quraqlıq nəticəsində çaylarda suyun səviyyəsi xeyli aşağı düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə