Oktyabrın 27-dən 28-nə keçən gecə hücum zamanı İsrail hərbi təyyarələri Qəzzanın şimalına, HƏMAS terror qruplaşmasının 150-dən çox yeraltı tunelinə və bunkerinə zərbələr endirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu İsrail ordusundan bildirilib.
Oktyabrın 27-də hava qaraldıqdan sonra saatlarla Qəzza şəhərinin səmasını daimi hava hücumları nəticəsində partlayışlar işıqlandırıb. İsrail Müdafiə Qüvvələri Qəzzada hava hücumları və əsgərlərlə bir neçə toqquşma zamanı bir neçə HƏMAS terrorçusunun öldürüldüyünü bildirib.
Öldürülənlər arasında HƏMAS adlanan aviasiya qrupunun rəhbəri İssam Əbu Rukbe də olub.
İsrail Silahlı Qüvvələri və kəşfiyyat xidmətinin bəyanatında deyilir ki, Əbu Rukbe terror qruplaşmasının pilotsuz uçuş aparatları, paraplanlar, hava aşkarlama və hava hücumundan müdafiə sistemlərinə nəzarət etməyə məsul olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB