“İsrail hakimiyyəti hücum olacağını gözləmirdi” - POLİTOLOQ ŞƏRH ETDİ

“Oktyabrın 7-si Fələstin yaraqlıları həm qurudan, həm dənizdən, həm də havadan hücuma keçdilər. İsrail hakimiyyəti isə belə bir hücum olacağını gözləmirdi. Artıq üç gündür davam edən müharibəyə Amerika, İngiltərə, Fransa, İtaliya və Almaniya rəhbərləri bəyanat verərək, İsraili dəstəklədiklərini bildiriblər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, İsrail Baş Naziri onlara qarşı olan bu hücumu müharibə adlandıraraq ciddi əks-hücuma keçdilər: “Artıq 1707 mövqe raket atəşinə tutulub, çoxlu sayda ölən və yaralanan var. İsraildə ölənlərin sayı 1000-i keçib. Onlarla İsrail vətəndaşı girov götürülüb.

Dünya liderləri məsələ ilə bağlı danışıqlara başlayıblar. Türkiyə prezidenti həm İsrail, həm də Fələstin prezidenti ilə danışıqlar apararaq müharibənin dayandırılmasını təklif edib. Lakin görünən odur ki, müharibə dayanmayacaq. Çünki İsrail "HƏMAS" təşkilatına tamamilə son qoymadan müharibənin dayanmayacağını bildirib. Müharibə şiddəti sürətlə artırmağa davam edir və nə zaman bitəcəyi naməlumdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə