Sankt-Peterburqda idmançıların icazəsiz xaricə getməsi qadağandır..!
...Sankt-Peterburqda büdcə idman məktəblərinin idmançıları, məşqçiləri və əməkdaşlarının şəhər idman komitəsinin razılığı olmadan xaricə səfərləri qadağan edilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir.
Qeyd edək ki, nəşrin həmsöhbətləri Rusiyadan kənarda təlim-məşq toplanışına və yarışlara getməyin qadağan olunduğu əmrdən danışıblar. Onu da qeyd edək ki, qadağa bayram dövründə xaricə səfərlərə də şamil edilir. Ancaq komitənin razılığı ilə belə səfərlərə icazə verilə bilər.
Yeri gəlmişkən, büdcə idman məktəblərinin bir neçə direktoru səyahət edə biləcəkləri “dost” ölkələrin müəyyən siyahısının olduğunu söyləyiblər.
Nəşrin həmsöhbətləri siyahıya hansı ölkələrin daxil olduğunu dəqiqləşdirməyiblər.
Daha sonra Sankt-Peterburq Biatlon Federasiyasının rəhbəri Dmitri Vasiliev “Fontanka”ya “dost” ölkələrə səyahət etmək üçün şəhər idman komitəsini xəbərdar etmək lazım olduğunu deyib.
Xatırladaq ki, Sankt-Peterburq hakimiyyəti hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB