Xarabazara çevrilmiş Baxmutu niyə məhz Tatarıstan bərpa edəcək?

Xarabazara çevrilmiş Baxmutu niyə məhz Tatarıstan bərpa edəcək?

Rusiya hərbçiləri tərəfindən ələ keçirilən Ukraynanın Baxmut şəhəri minalardan təmizləndikdən sonra Tatarıstan hesabına bərpa olunacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kazan rəhbərliyinin belə bir istək ifadə etməsini “Vyerstka” nəşri Kremlə yaxın mənbələrə istinadən bildirib.

Qeyd edək ki, Tatarıstan Rusiyanın ən zəngin bölgələrindən biridir. Lakin buna qədər o, Ukrayna ərazisində işğal olunmuş şəhərlərin bərpasında ciddi şəkildə iştirak etməyib. Amma bu bölgə 2022-ci ilin yayında gedən döyüşlər zamanı o qədər də əziyyət çəkməyən Lisiçansk və Rubijne şəhərlərini “himayədarlıq” edib.

Məsələ bundadır ki, Kremldə Tatarıstan kimi zəngin bir regionun Ukraynanın işğal olunmuş şəhərlərinin bərpasında kifayət qədər iştirak etməməsi...haradasa narazılıq doğurur?

O da qeyd edilməlidir ki, bu gün Baxmut ruslar tərəfindən ələ keçirilən şəhərlər arasında ən çox zərər çəkənlərdən biridir.

Və belə yaşayış məntəqəsinin bərpası “iqtisadi və inzibati cəhətdən güclü bölgələrdən” birinin – Tatarıstanın himayəsinə vermək lazım bilinib.

Yeri gəlmişkən, Tatarıstanın Moskva ilə münasibətdə əlavə arqumentlər əldə etmək üçün Baxmutun bərpasına könüllü yardım etdiyi deyilir. Əslində isə...iddia edilir ki, Kazan ilə federal hakimiyyət arasında indi elə də asan münasibət yoxdur. Bu, digər məsələlərlə yanaşı, respublika ilə federal mərkəz arasında səlahiyyətlərin delimitasiyası haqqında sazişin uzadılmaması və Tatarıstan prezidenti vəzifəsinin adının rəis adlandırılması ilə bağlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə