Serb-Kosovo münaqişəsi yenidən “qaynar” fazaya keçib

Ukraynada müharibə 462-ci gününü geridə qoyduğu bir vaxtda Avropanın mərkəzində onsuz da kövrək olan sülh yerini qarşıdurmaya, münaqişəyə və proqnozlaşdırılan geniş müharibəyə verib. Yuqoslaviyanın parçalanmasından sonra yerində yaranan dövlətlərin sayı artmaqdadır. Keçmiş federal dövlətin parçalanması təkcə serblər üçün ağrıdıcı olmadı, həm də yeni dövlətlər bunu öz aralarında gedən silahlı qarşıdurmalar dövründə də geniş anlamda hiss etdilər. Bu gün Qərbin “yardımı” ilə Serbiyanın da parçalanması planı artıq işə düşüb. Eynilə Rusiyanın başına açılan oyunlar kimi. Qərb Rusiyanı parçalamaqda qərarlı olduğu kimi Serbiyanın da taleyinə bir “fatihə” oxumaqdadır. Serbiyanın Kosovo “kray”ında NATO-nun sülhməramlıları xudmət aparsa da serblərlə kosovalıların toqquşmalarının qarşısını ala bilmirlər. Artıq 3 gündür ki, Kosovonun şimalında yerli serblərlə NATO qüvvələri arasında hələlik əlbəyaxa döyüşlər gedir və silahların odlanacağı günə çox az vaxt qalıb.

Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, Kosovo və Metoxiyadakı vəziyyət "təxribatçı bəyanatlar və Albin Kurtinin olduqca məsuliyyətsiz davranışı səbəbindən yeni münaqişəyə səbəb ola bilər". Vuçiç əlavə edib ki, böyük toqquşmalardan qorxuram, çünki Kurti Vladimir Zelenski olmaq arzusundadır və serblər artıq buna dözə bilmirlər.

Serb azlığının kompakt yaşadığı Kosovonun şimalında son günlər vəziyyət gərginləşib. Aprelin sonunda serblərin boykot etdiyi yerli seçkilər keçirilib. Media səsvermədə seçicilərin cəmi üç faizə yaxınının iştirak etdiyini bildirib. Buna baxmayaraq, Priştina bunun “demokratiya” üçün yetərli olduğuna dair qərar verib və albanları bir neçə bələdiyyəyə rəhbərliyə gətirməyə çalışıb. Kosovo polisi əyalətin şimalındakı Leposaviç, Zubin Potok və Zvecan bələdiyyələrinin binalarını gözyaşardıcı qaz və səs-küylü qumbaraatanlardan istifadə edərək zorla zəbt edib. Serb bayraqları endirilib. Yerli serblər müqavimət göstəriblər, toqquşmalar olub.

Kosovoda “asayişi” qorumağa çağırılan NATO kontingenti (KFOR) alovlanan münaqişəyə müdaxilə etməmək yolunu seçib. Vuçiç Qərb ittifaqından “serblərə qarşı zorakılığı dərhal dayandırmağı” tələb edib və NATO-nun Serbiya-Kosovo münaqişəsində həqiqətən kimi dəstəklədiyini bildiyi üçün Serbiya ordusunu ən yüksək döyüş hazırlığına və qabaqcıl qüvvələri Kosovo və Metoxiya ilə sərhədə yerləşdirib. Belə olan halda NATO-nun baş katibi Stoltenberq təşvişini dilə gətirib, və Priştinanı “eskalasiya səviyyəsini azaltmaq, sabitliyi pozan addımlar atmamaq” çağırışını edib. Amma vəziyyət artıq nəzarətdən çıxıb və Avropanın mərkəzində növbəti hərbi münaqişənin başlanması təhlükəsi yenidən reallaşıb.

Vuçiçin Kosovonun baş nazirini Ukrayna prezidenti ilə niyə müqayisə etdiyini anlamağa çalışaq. Onun belə müqayisəyə nə ehtiyacı var? Əvvəla, Vuçiç artıq Kurtini Zelenski ilə müqayisə edib - fevral ayında Priştinanın Aİ-nin vasitəçiliyi ilə Serbiya Bələdiyyələri Birliyinin yaradılması barədə qərara razılıq verməməsi toqquşmalar üçün indikator rolunu oynayıb. Onun sözlərinə görə, Priştina özünü qurban – bir növ “Balkan Zelenski” kimi göstərmək üçün Serbiya ilə NATO arasında qəsdən hərbi münaqişə yaradır.

İndi Belqradın Brüsselin onu Kiyevi Rusiya ilə münaqişəsində dəstəkləməyə məcbur etmək cəhdlərinə necə reaksiya verəcəyi sualı sadəcə olaraq əhəmiyyət kəsb etmir. Prezident Vuçiç üçün Zelenski başqası deyil, pisliyə kömək edən şər obrazıdır. Aİ və NATO-nun anti-Rusiya sisteminə qoşulmaq üçün serblərin qollarını necə burması hamıya məlumdur. Vuçiç “mümkün qədər” Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bildirib. NATO-nun dəstəklədiyi Kosovo liderinin meydana çıxması, şübhəsiz ki, Serbiya prezidentinə Qərbin heç vaxt öz ölkəsini müdafiə etməyəcəyini, əksinə “qurbanın” – Qərbin yaratdığı “müstəqil Kosovonun” tərəfini tutacağını bir daha təsdiqləyəcək.

Albin Kurti

Beləliklə, Serbiya-Kosovo münasibətlərinin hazırkı kəskinləşməsi açıq şəkildə sonuncu deyil. Sadəcə, Kurtinin Belqrada qarşı sona qədər təxribatlara gedəcəyi ortadadır. Kosovoda vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda Serbiya prezidenti Aleksandar Vuçiç xalqa təcili müraciət edib. O, Kosovonun baş nazirini vəziyyəti gərginləşdirməkdə ittiham edib: “Bütün bunları Albin Kurti serblərlə NATO arasında münaqişənin baş verməsini böyük istəyi ilə təşkil edib və baş verənlərə görə yeganə məsul olan odur. Amma Pilat kimi əllərini yuyur və məsələ ilə heç bir əlaqəsinin olmadığını deyir.

Qey edilir ki, dünya birliyi tərəfindən müstəqilliyi qismən tanınan Kosovada yaşayan serblər, eləcə də müstəqil Serbiyanın bir hissəsi olan Metoxiya yerli seçkiləri boykot ediblər. Seçkilərin nəticəsi olaraq kosovalı albanlar bütün mühüm vəzifələri ələ alıblar. Bəzi yaşayış məntəqələrində serb nümayişçilərlə Kosovo polisi arasında toqquşma baş verib, nəticədə NATO-nun (KFOR) himayəsində olan Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin 41 üzvü yaralanıb. Üç mülki şəxs də yaralanıb və onların vəziyyəti ağırdır. Etirazlar zamanı ümumilikdə 52 serb yaralanıb.

Həmçinin Serbiyanın rəhbəri beş Qərb ölkəsinin nümayəndələri ilə görüşüb və onları Kosovo ilə bağlı düşünməyə çağırıb. Aprelin sonunda Serbiyanın Bosniya və Herseqovina Respublikasında keçirilən 6-cı Yahorina İqtisadi Forumunda onun prezidenti Milorad Dodik deyib ki, istənilən nizam-intizam xaosa qalib gələcək, sistemsiz təşəbbüs isə nizama uduzacaq”. Görünür, bu, ümumi məlumatdır. Tanınır, lakin həmişə tətbiq edilmir. Aydındır ki, Dodik Balkan regionu ölkələrinin yaxın siyasi və iqtisadi gələcəyini nəzərdə tuturdu ki, bu da ümumavropa qanunvericilik norma və təcrübələrini addım-addım qəbul etmək, Avropa İttifaqı ilə siyasi deyil, qanunvericilik formasında inteqrasiya etməkdir. . Forumda, yeri gəlmişkən, bütün son illər ərzində ekspert statusunda bu sözlərin müəllifi Rusiyanın yeganə nümayəndəsi idi.

Bu hadisədən bir ay keçməmiş, mayın 23-də Milorad Dodik Vladimir Putinlə görüşmək üçün Moskvaya uçdu və Rusiya Federasiyasının prezidentini Serb Respublikası ordeni ilə təltif etdi. Banja Luka-nın indi çox ehtiyacı olduğu xarici ödənişləri ödəmək üçün Rusiya krediti almaq perspektivləri bağlı qapılar arxasında müzakirə edilib. Lakin qərarın icra sürətindən asılı olmayaraq, qeyd etmək lazımdır ki, Moskva hətta əvvəlki illərdə də Serb Respublikası iqtisadiyyatına sərmayə qoymağa tələsmirdi, lakin indi bəlli səbəblərdən bu variant daha da çətinləşib.

Bir neçə həftə əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Serbiyanın RTRS telekanalının jurnalistlərini belə bir etirafla heyrətə gətirmişdi: “Mən bir rus diplomatı kimi hesab edirəm ki, Balkan regionunda daha çox Rusiya olmalıdır. Çünki tərəflər üçün sabitləşdirici amildir”. Yüksək rütbəli diplomatdan belə bir etirafı eşitmək müdafiə nazirinin müavinindən “Xüsusi əməliyyatlarda qalib gəlməli olan Rusiya”, İqtisadiyyat nazirinin müavinindən isə “Daha zəngin olmalı olan Rusiya” haqqında açıqlamaya bənzəyir.

Ekspertlər Serbiyanı Kosovo münaqişəsinin bir hissəsi etmək istəyən Qərbin əsas niyyətinin Rusiyanı daha çox münaqişələrə cəlb etməkdir. Ukraynada rus ordusunun hücumlarını zəiflətməyin yeganı yolu Rusiyaya birbaşa hücumdan əvvəl onun strateji müttəfiqi olan, bütün zamanlarda dəstəklədiyi ölkələri münaqişələrin episentrinə çevirməkdir. Belə olan halda Rusiya hərbi imkanlarını parçalamaq məcburiyyətində qalacaq ki, bu da daha çox Qərbin işinə yarayacaq.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə