Uqandada torpaq sürüşməsi insan ölümünə səbəb olub

Uqandada torpaq sürüşməsi insan ölümünə səbəb olub

Uqandada baş verən torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə 5 nəfər həyatını itirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Uqanda Qızıl Xaç Komitəsindən verilən yazılı açıqlamada ölkənin şərqindəki Bulambuli bölgəsində torpaq sürüşməsinin baş verdiyi bildirilib.

Açıqlamada gecə saatlarında baş verən hadisədə ilkin məlumatlara görə 5 nəfərin öldüyü, 7 nəfərin torpaq altında qaldığı qeyd olunub.
Axtarış-xilasetmə əməliyyatları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə