Peskov Kılıçdaroğlunun seçkilərə müdaxilə ittihamına cavab verib

Peskov Kılıçdaroğlunun seçkilərə müdaxilə ittihamına cavab verib

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Moskvanın Türkiyə müxalifətinin ölkədə keçirilən prezident seçkilərinə müdaxilə ittihamlarını qəti şəkildə rədd etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS verir.

Kremlin sözçüsü Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun seçkilərə iddia edilən müdaxilə ilə bağlı ittihamlarını rədd edib. Peskov bu açıqlamanın "Türkiyədə böyük səs-küyə səbəb olduğunu" qeyd edib.

“Biz dərhal bildirdik ki, Türkiyədə seçkilərə müdaxilə ittihamlarını qəti şəkildə qəbul etmirik. Bundan söhbət belə gedə bilməz”, - deyə Peskov bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə