Bu arada Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo özünün Telegram kanalında ukraynalılara müraciət edib.
SİA-nın rus saytlarından əldə etdiyi müraciətdə Saldo ukraynalılara xitabən Qərbin onları axmaq yerinə qoyduqlarını deyir. Saldo ukraynalıları onların düşməni olmadıqlarını “başa salmağq” çalışır. O hətta yeni bir kəşf etdiyini də bəyan edir: “...anlayın - biz sizinlə doğma insanlarıq”.
Saldo əlavə edib ki, indi bütün mübahisələri unutmaq lazımdır. Onun fikrincə, yadda saxlamaq lazımdır ki, rusların və ukraynalıların əcdadları bir ümumi Vətənin doğmaları olublar. İndi isə onların iradəsinə zidd olaraq ukraynalılar müharibəyə sövq edilir.
Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən deyir: “Əgər bu onlara lazımdırsa, qoy amerikalılar sizi məcbur etməkdənsə, öz silahları ilə döyüşsünlər”.
Onun sözlərinə görə, Qərb münaqişəni həll etmək əvəzinə, təxminən 9 ilə yaxındır ki, Ukraynanı bu münaqişəyə hazırlayır.
“Bu, sizə nə baş verdiyini vecinə almayan nasist rejiminin istehzasıdır. Siz sadəcə onun qullarısınız”.
Qeyd edək ki, bu da Saldonun tapıntısıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB