“Müzakirə ediləcək heç nə olmayacaq”

Stoltenberq Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yeni açıqlama verib
“Müzakirə ediləcək heç nə olmayacaq”

...Əgər Ukrayna Rusiya Federasiyası ilə müharibədə qalib gəlməsə, o zaman NATO-ya üzvlükdən danışmaq mənasız olacaq. Belə bir inkişaf hamı üçün təhlükə yaradacaq və Çin lideri Si Cinpinə güc tətbiq etməyə “icazə” verəcək.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Alyansın baş katibi Yens Stoltenberq “Washington Post” qəzetinə müsahibəsində deyib.

“Hazırda təcili vəzifə Ukraynanın suveren, müstəqil dövlət kimi qələbə çalmasıdır, çünki Ukrayna qalib gəlməsə, onda ümumiyyətlə müzakirə olunacaq heç nə qalmayacaq”-deyən Stoltenberqin sözlərinə görə, Asiya üçün Avropadakı vəziyyət, Avropa üçün isə Asiyada vəziyyət önəmli deyil, lakin Ukraynanın itirilməsi hamı üçün təhlükə yaradacaq.

“Prezident Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciədir. Amma bu, bizim hamımız üçün də təhlükədir. Çünki bu, prezident Putinə, eləcə də prezident Si Cinpinə hərbi güc tətbiq edərək istədiklərini əldə etməyin mümkünlüyünü göstərəcək. Bu isə bizi daha həssas edəcək”.

Bunu da NATO-nun baş katibi deyib.

Qeyd edək ki, Ukraynada müharibənin 2014-cü ildə başladığını xatırladan diplomat həmçinin Avropa İttifaqının müdafiə sahəsindəki səylərini alqışlasa da, lakin İttifaq daxilindəki rəqabətə qarşı xəbərdarlıq da edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə