Nəhəng piton keçini ovladı - FOTOLAR

Nəhəng piton keçini ovladı - FOTOLAR

Yırtıcı piton Hindistanın Dhule şəhəri yaxınlığındakı Nakane gölü ərazisində tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səkkiz metrlik nəhəng piton Nakane gölü ərazisində keçi ovlayıb.

Öldürdüyü keçidən sonra piton başqa bir keçini tələyə salmaq istəyərkən yerlilərin hücumuna məruz qalıb.

Vəziyyəti öyrənən yerli sakinlər dərhal hadisə yerinə gəlib. Piton udmaq üzrə olduğu keçini buraxıb. Həmin anlar kameraya belə düşüb.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə