Aprelin 29-da Tacikistan və İranın müdafiə nazirliklərinin rəhbərləri arasında son görüşdə İranın müdafiə naziri Məhəmməd-Rza Aştiani tacikistanlı həmkarı Şerali Mirzodan ölkələr arasında terrorizmə qarşı mübarizədə əməkdaşlığı, xüsusilə bu iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu görüş bu gün Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində baş tutub.
Aştiani Tacikistanı birgə təhlükəsizlik təlimlərində iştirak etməyə dəvət edib. İranın müdafiə nazirinin sözlərinə görə, iki ölkə arasında müdafiə sahəsində əlaqələrin gücləndirilməsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biridir.
İranın “Mehr” agentliyinin məlumatına görə, Aştiani İranın xarici siyasətində Mərkəzi Asiya və xüsusilə Tacikistanın xüsusi yeri olduğunu deyib.
Qeyd edək ki, Tacikistanın mövqeyi, eləcə də bu ölkənin müdafiə nazirinin iranlı həmkarının dəvətinə cavabı barədə hələ k, heç nə deyilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB