Ruslar orta məktəbi bitirdikdən sonra müqavilə xidmətinə girəcəklər

Ruslar orta məktəbi bitirdikdən sonra müqavilə xidmətinə girəcəklər

18 yaşından etibarən orduya çağırılan ruslar hərbi xidmət üçün müqavilə bağlaya biləcəklər. Bu müddəa aprelin 11-də qəbul edilmiş və elektron çağırış vərəqələri eləcə də çağırışa gəlməyənlərə qarşı sanksiyaları tənzimləyən qanun layihəsində öz əksini tapıb.

Əvvəllər ordu müqaviləsi bağlamaq üçün ən azı üç ay hərbi xidmət keçmək tələb olunurdu.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 18 yaşından müqavilə ilə xidmət haqqında qanun ötən ilin mayında qəbul edilib, lakin de-fakto bu mümkün deyildi: əvvəlcə ya texniki məktəbi, ya da universiteti bitirməli, ya da üç ay müddətində çağırışçı kimi xidmət etməli idin.

İndi isə çağırışdan dərhal sonra müqavilə yalnız ümumi təhsili olan hərbçiləri - yəni dünənki məktəbliləri bağlaya biləcək.

Hərbi çağırış və çağırış vərəqələrinin çatdırılması ilə bağlı yeni qaydalara düzəlişlər aprelin 11-də Dövlət Duması tərəfindən üçüncü oxunuşda, aprelin 12-də isə Federasiya Şurası tərəfindən təsdiq edilib.

Hərbi komissarlığa gəlməyənlər üçün məhdudiyyətlər, o cümlədən xaricə çıxışına qadağalar nəzərdə tutulur və qadağa çağırış vərəqəsinin təqdim olunduğu hesab edilən gündən qüvvəyə minir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə