İsraildən Qəzzaya gecə hücumu

İsrail ordusu Qəzzanın müxtəlif hissələrinə yeni hava zərbələri endirib. SİA xəbər verir ki, döyüş təyyarələri Fələstinə məxsus hərbi məntəqələrə atəş açıb. Şəhərin şərqindəki hərbi məntəqə bir neçə raketlə hədəfə alınıb. İsrail ordusu paylaşdığı görüntülərdə Həmasa aid iki tunel və iki silah istehsalı obyektinin vurulduğunu bildirib.

Qeyd edək ki, Fələstin də Qəzza zolağı üzərində təyyarələrə yerdən havaya raket hücumları təşkil edir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə