BAEA prezidenti Tehranda mətbuat konfransı keçirib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) prezidenti Rafael Mariano Qrossi dəvət olunduğu Tehranda İranın Atom Enerjisi Agentliyinin prezidenti Məhəmməd İslami ilə mətbuat konfransı keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qrossi İranın nüvə proqramı ilə bağlı bəzi təminatların alınması lazım olduğunu deyib: "Tehran səfərimlə bağlı gözləntilər çox böyükdür. Bu səfərə də qlobal miqyasda xüsusi önəm verilir ki, İrandan lazımi zəmanətlər alınsın. Digər tərəfdən, danışıqlarımızın bir hissəsini agentlik ilə İran arasında texniki və elmi səviyyədə əməkdaşlıq təşkil edir. Bu mövzuda müzakirələrimiz davam edir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə