İsveçdə Qurani-Kərimin yandırılmasının qadağan edildiyi iddia edilib

İsveçdə Qurani-Kərimin yandırılmasının qadağan edildiyi iddia edilib

İsveçin NATO üzvlüyü ilə bağlı Türkiyəni razı salmaq üçün səyləri davam edərkən, ölkədə Qurani-Kərimin yandırılmasının qadağan edildiyi iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsveç polisi təhlükəsizlik baxımından Quran yandırma aksiyalarını qadağan etdiklərini açıqlasa da, Qurandan başqa dini kitabların qadağanın əhatə dairəsinə daxil olmadığını bildirib. İsveç mətbuatının əldə etdiyi sənədlərdə polisin İslam dininə qarşı qaydaların pozulmasını “ölkəyə və onun xaricdəki maraqlarına” təhdid kimi qiymətləndirdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə