Meksikaya qayıdan xilasedicilər vətənlərində alqışlarla qarşılanıb

Fevralın 6-da Kahramanmaraşda baş verən və 10 əyalətdə böyük dağıntılara səbəb olan zəlzələdən sonra axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Meksikanın Quintana Roo əyalətindən yola çıxan könüllü xilasetmə qrupları 7 günlük işdən sonra ölkələrinə qayıdıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, 10 nəfərlik könüllü axtarış-xilasetmə işçi qrupu, Quintana Roo əyalətinin Kankun şəhərindəki hava limanına çatdıqda, bir qrup meksikalı, xüsusən də ailələri və dostları tərəfindən alqışlarla qarşılanıb. Quintana Roo əyalətinin qubernatoru Mara Lezama sosial şəbəkə hesabında komandaların hava limanına çatdığı zaman çəkilmiş bir görüntünü paylaşaraq, “Türkiyədə bacı və qardaşlarımızın həyatını xilas etməyə kömək etdikdən sonra cəsur xilasedicilərimizi qarşılamaq tüklərimizi biz-biz etdi. Sizi vətənə qayıdarkən salamlamaqdan şərəf duyuram!” şəklində bəyanat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə