Fransa Belarusdakı vətəndaşlarına çağırış edib

Fransa Xarici İşlər Nazirliyi Belarusdakı vətəndaşlarını tez bir zamanda ölkəni tərk etməyə çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya ilə Ukrayna arasında gedən müharibə və Avropa Birliyi (AB) ölkələri ilə Belarus arasında hava məkanının bağlanması səbəbindən vətəndaşlardan səyahət etməmələri istənilib.

Bəyanatda Litva ilə Latviya arasında sərhədlərin açıq olacağı bildirilib.

Fevralın 13-dən Polşaya keçidlərə səyahət edənlər üçün yalnız Terespol marşrutunun açıq olduğu vurğulanan bəyanatda Belarusdakı Fransa vətəndaşlarından Litva, Polşa və ya Latviya ilə sərhəd keçid məntəqələri vasitəsilə quru yolu ilə “dərhal ölkəni tərk etməyə” çağırılır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə