Voleybol federasiyası hakimləri zəlzələdə dünyasını dəyişdi

Türkiyə Voleybol Federasiyası (TVF) əsas mərkəzi Kahramanmaraşda olan 10 vilayətdə baş verən zəlzələdə Hatay bölgəsi milli hakimi Nimet Akbulut və Adıyaman bölgəsi milli hakimi Mustafa Boyun dünyasını dəyişdiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, federasiyanın açıqlamasında "Hatay bölgəsi milli hakimimiz Nimet Akbulutun həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığımız zəlzələ faciəsində dünyasını dəyişdiyini dərin hüznlə öyrəndik. Allah bütün həyatını itirən vətəndaşlarımıza rəhmət etsin. Ailələrinə və millətimizə başsağlığı verir, yaralılarımıza acil şəfalar diləyirik" ifadələrindən istifadə edilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə