Dağıntılar altında 149 saat qalmış daha bir nəfər sağ çıxarılıb

Dağıntılar altında 149 saat qalmış daha bir nəfər sağ çıxarılıb

Türkiyədə “əsrin fəlakəti” olaraq xarakterizə edilən və 10 vilayətdə güclü dağıntılara səbəb olan zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. SİA “TRT haber” saytına istinadən xəbər verir ki, xilasetmə əməliyyatlar nəticəsində Hatayın Antakya rayonunda dağıntılar altında 149 saat qalan 35 yaşlı Mustafa Sarıgül sağ-salamat xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə