Bazar ertəsi baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə sarsılan Kahramanmaraşda 5 mindən çox insan çökən binalar altında həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdiyi şəhərdə həyatını itirənlər şəxsiyyət və şəxsiyyət təsbiti əməliyyatlarından sonra yuyulduqdan, kəfənləndikdən və Kapıçam qəbiristanlığında dualar edildikdən sonra yan-yana qazılan məzarlarda basdırılır.
Bu günə qədər 3000-ə yaxın zəlzələ qurbanı tikinti texnikası ilə qazılmış qəbirlərdə basdırılıb.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB