Zədələnmiş məktəblərin təmiri üçün 850 milyon Tl lazımdır

Fevralın 6-da Türkiyənin Şərqi, Cənub-Şərqi, Aralıq dənizi, İç Anadolu və Qara dəniz bölgələrində iki güclü zəlzələ baş verib. SİA xarici mətbuta istinadəm xəbər verir ki, AHBAP Dərnəyi ilə zəlzələ bölgəsinə yardım gətirən Haluk Levent Türkiyənin məşhur şəxsləri ilə görüşərək zəlzələdən zərər çəkənlər üçün edəcəkləri layihələri və bu layihələrə ayırdıqları büdcəni açıqlayıb.

Belə ki, o "Bəzi layihələrimiz var. Bir neçəsini aldıq, bir neçəsini alacağıq. Bu axşam bitirəcəyik. 2000 konteyner üçün Hatay Valiliyindən icazə almışıq. Biz digər şəhərlərdə torpaq və torpaq vəziyyətinə baxırıq, nəticələrə görə daha 2-3 min konteyner alacağıq. Həmçinin Təhsil Nazirliyi ilə bu gün görüşlər keçirtdik. Biz zədələnmiş bütün məktəblərin təmirini öz üzərimizə götürmüşük. Bütün layihəni həyata küçietməyimiz üçün 850 milyon TL lazımdır”- deyərək o bildirib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə