Zəlzələdə dağılan binanın memarı özünü "qeyri-adi memar" adlandırıb

Kahramanmaraş zəlzələsində Adanada 16 mərtəbəli Həsən Alpargün mənzili də uçub. SİA xarici mətbuata istinadən xəbər verir ki, mənzilin dağıntıları ən azı 65 nəfərin məzarına çevrilib. Məlum olub ki, binanın əsasını qoyan “Alpargün İnşaat” şirkətinin sahibi Həsən Can Alpargün müsahibələrində özünü “qeyri-adi memar” kimi təqdim edib.

Həmçinin bu şəxsin Türkiyənin ATV kanalında yayımlanan "Kim milyoner olmaq istər" verlişində də iştirak etdiyi məlum olub.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə