Qətərdəki binalarda Türkiyə bayrağı əks olundu

"Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Qətərin simvolik binalarına Türkiyə bayrağı proyeksiya edilib, Türkiyə ilə həmrəylik mesajı verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Dohadakı səfirliyinin sosial media hesabından edilən şərhdə bildirib ki, "Qətərli dostlarımız paytaxt Dohadakı bəzi simvolik binaları Türk bayrağı ilə bəzədi.

Bizimlə həmrəylik ruhunu nümayiş etdirən Qətər Dövlətinə təşəkkür edirik. Millət, bu dəfə zəlzələ fəlakətindən sonra binalarını ağ-qırmızı rəngə boyayaraq."

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə