Əfqanıstanın Güney Türküstan Qunduz vilayətində yaşayan özbək, türkmən və türklər zəlzələ səbəbindən öz aralarında toplaya bildiklərini Türkiyəyə bağışlayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar 2 min 235 dollar, 13 gümüş qolbaq, 5 gümüş üzük, 3 gümüş boyunbağı, 1 sırğa və 12 sikkə toplaya bildiklərini bildiriblər. Türkiyəyə yola düşən bağlamanın üzərinə "Bizim əlimizdən gələni budur, üzr istəyirik" sözlərini qeyd ediblər.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB