Şirkət işçiləri ixtisara salınır

ABŞ-ın internet xidmətləri şirkəti "Yahoo" işçilərinin 20 faizindən çoxunu ixtisar etməyi planlaşdırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Yahoo" ixtisarlar şirkətin reklam texnologiyaları bölməsinin yenidən qurulması çərçivəsində həyata keçiriləcək.

İlin sonuna qədər işçilərinin 20 faizindən çoxunu ixtisar etməyi planlaşdıran "Yahoo"nun reklam texnologiyaları bölməsində çalışanların 50 faizi işini itirəcək.

"Yahoo"nun bu həftə 1000 nəfəri işdən çıxaracağı və ilin sonuna qədər işçi itkisi sayının 1600-ü keçəcəyi gözlənilir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə