Tayvan prezidenti Tsai İnq-ven və vitse-prezident Uilyam Lai, aylıq maaşlarını zəlzələ zamanı yardım olaraq Türkiyəyə bağışlayacaqlarını bildiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tayvan daha əvvəl Türkiyəyə 2 milyon dollar yardım edəcəyini açıqlamışdı və axtarış-xilasetmə işləri üçün iki qrup göndərmişdi.
Qeyd edək ki, Tayvan komandasının rəhbəri Huanq Po Çun xatırladıb ki, 1999-cu ildə Tayvanda baş verən zəlzələdən sonra Türkiyədən onlara kömək etmək üçün komandalar gəlib.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB