Papuaşvili Türkiyəyə yardım çağırışı edib

Kahramanmaraşda baş verən iki güclü zəlzələdən sonra Türkiyə dünyadan dəstək almağa davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstan parlamentinin plenar iclasında çıxış edən Şalva Papuaşvili Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım kampaniyasına start verildiyini açıqlayıb və deputatları zəlzələdən zərər çəkənlərə yardım etməyə çağırıb. Papuaşvili çıxışında "Bütün deputatları bu xeyriyyə aksiyasında iştiraka dəvət edirəm. Dekabrda parlamentin iclaslarında iştirak etmədikləri üçün deputatlardan qalan məbləğin bu xeyriyyə kampaniyasına istifadəsi üçün Xəzinədarlar Şurasına müraciət etdim. Gürcüstan parlamentində xüsusi bank hesabı açılıb. Bu hesaba deputatlar və qanunverici orqanlar zəlzələdən zərər çəkənlərə yardım göndərə bilərlər. Toplanan məbləğlə müvafiq humanitar yük hazırlanacaq. Zərərçəkmişlər üçün lazım olan məhsullar və məişət əşyaları yaxın vaxtlarda Türkiyə Respublikasına göndəriləcək”,- deyə bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə