Fransız karikaturasına Türkiyədən sərt reaksiya gəldi

Müsəlmanların inanclarını təhqir edən karikaturalar dərc edən Fransanın “Charlie Hebdo” jurnalı daha bir biabırçılıq edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl Məhəmməd Peyğəmbərin ünvanına təhqiramiz karikaturalar dərc etdirən “Charlie Hebdo” bu dəfə Türkiyədə minlərlə insanın həyatını itirdiyi zəlzələləri nifrət ifadələri ilə karikatura edib. Prezidentin sözçüsü İbrahim Kalın sosial media hesabından Fransanın “Charlie Hebdo” jurnalına sərt reaksiya verib.

Kalın, "Müasir barbarlar! Kin və nifrət içində boğulun" deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə