Aktyor zəlzələdən sonra ailəsindən xəbər ala bilmir

Türkiyədə zəlzələnin əsas qaynar nöqtələrindən olan Kahramanmaraşda 7,6 və 7,7 bal gücündə zəlzələlər Türkiyənin Şərqi, Cənub-Şərqi, Aralıq dənizi və Orta Anadolu bölgələrində dağıntılara səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2921 türk vətəndaşı həyatını itirib. Axtarış-xilasetmə işləri davam edərkən, aktyor Uğur Aslan ailəsinin yarısının dağıntılar altında qaldığını açıqlayıb. O, bununla bağlı öz sosial mediasında paylaşım edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə