"Zəlzələ bölgəsində Silahlı Qüvvələrimizin üç şəhidi var” - HULUSİ AKAR

“Milli Müdafiə Nazirliyi də axtarış-xilasetmə qruplarının zəlzələ bölgəsinə çatdırılması üçün fəaliyyətə başlayıb. Türkiyə Silahlı Qüvvələrinin çoxlu sayda nəqliyyat təyyarəsi axtarış-xilasetmə qrupları və maşınları bölgəyə göndərilməyə başlayıb. Təcili yardım təyyarələri də yaradılan “hava yardımı dəhlizi”ndə iştirak edir”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar danışıb.

O zəlzələ bölgəsindəki bəzi hava limanlarının uçuş-enmə zolağında çatların əmələ gəldiyini qeyd edib.

Akar həmçinin Türkiyə Silahlı Qüvvələrində şəhidlərin olduğunu bildirib.

“Təəssüf ki, 3 şəhidimiz, yaralılarımız var. Əlaqə saxlamağın mümkün olmadığı kadrlarımız barədə də məlumat almışıq. Hazırda dağıntılar altında qalan personalımızla əlaqə yaratmağa da çalışırıq”, - deyə nazir bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə