"Tiktok" tətbiqinə qadağa qoyuldu

Nyu Cersi ştatının qubernatoru Fil Mörfi Çinin "BiteDance" şirkətinin "tiktok" tətbiqinə rəsmi qurumlara məxsus cihazlardan daxil olmağın qadağan edildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mörfi açıqlamasında "Çin hökumətinin "BiteDance"dən tələb edə biləcəyi istifadəçi məlumatları ilə bağlı milli təhlükəsizlik narahatlığı ortaya çıxıb", deyə bildirib.

Ohayo qubernatoru Mayk Devin də platforma istifadəçilərinin məlumatlarının cihazlarda saxlanması ilə yerli və milli kibertəhlükəsizlik təhdidi yaratdığını müdafiə edib.

Mövzu ilə bağlı "tiktok" səlahiyyətliləri tərəfindən edilən açıqlamada, qadağalardan məyus olduqları və tətbiqdə heç bir kiber təhlükəsizlik təhdidinin olmadığı bildirilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə