1,6 milyon vərəm xəstəliyindən əziyyət çəkən insan ölüb

2021-ci ildə dünyada 10,6 milyon vərəm xəstəsi olduğuna diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, vərəm xəstəliyi dünyada insanların ən çox ölümünə səbəb olan xəstəliklərdn biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qlobal Vərəm 2022 Hesabatına əsasən, COVID-19 pandemiyasının, vərəmin diaqnostikasına və müalicəsinə mənfi təsir göstərdiyini bildirib. 2021-ci ildə 1,6 milyon vərəm xəstəsi dünyasını dəyişib. Bu rəqəm tək Türkiyə dövlətində 9 minə çatıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə