Təbii fəlakət nəticəsində 19 nəfər həlak olub

Ötən gecə Kambocanın Tayland sərhədində yerləşən Poipet şəhərində "Grand Diamond City" qumarxana və otelinin birinci mərtəbəsində naməlum səbəbdən yanğın baş verib. SİA xəbər verir ki, xalçalara, sonra pərdələrə çatan alov bir anda bütün binanı bürüyüb. Əksəriyyəti taylandlı turistlərdən ibarət onlarla insan alovlar altında qalıb. Bir çox insan canını xilas etmək üçün pəncərələrə sığınıb.

Yanğınsöndürənlər kranın köməyi ilə pəncərələrdə gözləyənləri xilas edərkən, bəziləri özlərini çarəsizcə boşluğa buraxıblar. Təbii fəlakət nəticəsində 19 nəfər həlak olub. Kamboca səlahiyyətliləri, 50 nəfərin yaralandığını və ən azı 12 nəfərin həyat dəstəyi ilə ölməkdə çətinlik çəkdiyini bildirib. Tayland hökumətinin verdiyi açıqlamada 79 taylandlı, 30 kambocalı və 8 indoneziyalının müalicə üçün sərhədi keçərək xəstəxanalara aparıldığı bildirilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə