Rusiya qoşunlarının genişmiqyaslı işğalı başlayandan bəri Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi dəstək üçün 19,3 milyard dollardan çox vəsait ayırıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu arada Ukrayna Baş Qərargahının sözçüsü Pyet Rayder, Ukraynanın yeni döyüş meydanındakı ehtiyaclarını ödəmək üçün Birləşmiş Ştatların Ukraynaya əsas aktiv və yardım göstərmək üçün müttəfiq eləcə də tərəfdaşlarımızla sıx işləməyə davam edəcəyini bildirib.
Xatırladaq ki, Birləşmiş Ştatlar 2014-cü ildən bu yana Ukraynaya təhlükəsizlik məqsədilə təxminən 22,1 milyard dollar, Rusiya fevralın 24-də əsassız və qəddarcasına genişmiqyaslı işğala başladıqdan sonra isə 19,3 milyard dollardan çox yardım edib.
Bu arada Baş Qərargah, Ukrayna Silahlı Qüvvələrinin ABŞ-ın göstərdiyi dəstək və köməyə görə minnətdarlıq bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB