"Facebook" və "Google" dan xəbərlər üçün ödəniş tələb olunacaq

Yeni Zelandiya hökuməti Alphabet Inc-in "Google" və "Facebook" kimi böyük onlayn rəqəmsal şirkətlərin Yeni Zelandiya media şirkətlərinə yerli xəbər məzmunlarına görə ödəniş etmələrini tələb edən qanunu qəbul edəcəyini bildirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yayım naziri Villi Cekson verdiyi açıqlamada, qanunvericiliyin Avstraliya və Kanadadakı oxşar qanunlardan sonra modelləşdiriləcəyinə və rəqəmsal platformaların yerli xəbər agentlikləri ilə razılığa gəlməsi üçün stimul olacağına ümid etdiyini söylədi.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə