Bu şirkət korrupsiyaya görə nə qədər ödəyəcək?

Airbus Fransada korrupsiya araşdırmalarını dayandırmaq və təqib etməmək üçün 15,9 milyon avro cərimə ödəməyə razılaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Paris Məhkəməsi "Airbus"-un Liviyaya təyyarə və ya helikopter kimi müxtəlif avadanlıqların satışı ilə bağlı rüşvətxorluqda ittiham olunduğu təhqiqatları bağlamaq üçün Fransa maliyyə prokurorluğu ilə razılaşdığını təsdiqləyib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə